Sabah Konstitusiya Məhkəməsi Plenumunun iclası keçiriləcək.
Bakuplus.az Konstitusiya Məhkəməsinin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, Milli Məclisə keçirilmiş növbədənkənar seçkilərin nəticələrinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə iclası sentyabrın 21-i saat 15:00-a təyin edilib.
Seçki Məcəlləsinə əsasən, Konstitusiya Məhkəməsi müvafiq sənədləri aldıqdan sonra 10 gün müddətində Milli Məclisə seçkilərin yekunlarının və nəticələrinin yoxlanılaraq təsdiq edilməsi prosesini başa çatdırmalıdır.
Sentyabrın 16-da Mərkəzi Seçki Komissiyası Milli Məclisə növbədənkənar seçkilərin yekunlarının və nəticələrinin təsdiq olunması üçün müvafiq sənədləri Konstitusiya Məhkəməsinə təqdim edib.