Koreyalı deputatlar Bakıda Şəhidlər xiyabanını ziyarət ediblər. Bu haqda bu gün, 20 aprel tarixində Bakuplus.az Milli Məclisə istinadən xəbər verir.
Koreya-Azərbaycan parlamentlərarası dostluq qrupunun Azərbaycanda səfərdə olan nümayəndə heyəti şəhidlərin məzarları üzərinə tər çiçəklər düzüb, “Əbədi məşəl” abidəsini ziyarət ediblər.
Ziyarət zamanı nümayəndə heyətini Milli Məclisin deputatı, Azerbaycan-Koreya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Malik Həsənov və digər rəsmi şəxslər müşayiət ediblər.
[URIS id=97935]