Rus Dram Teatrının aktyorları koronavirusa yoluxub. Bu haqda 26 yanvar tarixində Report məlumat verib.
Azərbaycan Dövlət Rus Dram Teatrı koronavirusa görə iki tamaşasının nümayişini təxirə salıb. Məlum olub ki, Teatrın aktyorları COVID-19-a yoluxublar.
“Teatr fəaliyyətini davam etdirir. Digər tamaşalar nümayiş etdirilir”, - Mədəniyyət Nazirliyindən məlumat verilib.
Koronavirusa görə bu gün daha bir teatr fəaliyyətini dayandırmışdır. Akademik Milli Dram Teatrın əməkdaşları arasında koronavirusa yoluxma halları qeydə alınmışdır.