Kliniki Tibbi Mərkəzə (KTM) zəhərlənmə ilə bağlı müraciət edənlərin sayı açıqlanıb.
Tibb müəssisəsi xəbər verir ki, Toksikologiya şöbəsinə zəhərlənmə səbəbilə ötən ay 103 nəfər qəbul edilib.
Xəstələrdən 34 nəfər dərmandan, 28-i sirkə turşusundan, 12-si kimyəvi maddələrdən, 1-i spirtli içkidən, 2-si fosfor üzvi birləşmələrdən zəhərlənən şəxslərdir. Həmçinin 16 nəfər ilan sancması, 7 nəfər allergik reaksiya, 2 nəfər rodensisid (siçan dərmanı ilə zəhərlənmə), 1 nəfər botulizm səbəbilə şöbəyə yerləşdirilib.
Sirkə turşusundan zəhərlənən şəxslərdən 4-ü dünyasını dəyişib.