Bakının Səbail rayonu, Neftçilər prospektində, Kukla Teatrının qarşısında yeni müasir dayanacaq quraşdırılır. Bu haqda bu gün, 14 sentyabr tarixində Bakuplus.az məlumat verir.
Həmin pavilyon köhnə dayanacağın əvəzinə yerləşdiriləcək. Verilən məlumata görə, dayanacaq kondisioner və köşklə təmin olunacaq.
Həmçinin Heydər Əliyev prospektinin Hava Limanının yanından keçən hissəsində analoji yeni müasir pavilyon quraşdırılır.