Mərhum iş adamı Kamran Bəkirovun qızı məhkəməyə verilib. Bu haqda bu gün, 10 iyul tarixində Bakuplus.az Ölkə.az-a istinadən məlumat verir.
Dilarə Əliyeva və Vilayət Əliyev Elnarə Bəkirova ilə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciət ediblər.
İşə hakim Leyla Əliyevanın sədrliyi ilə baxılacaq. İşin mahiyyəti açıqlanmır. Hazırlıq iclası 27.07.2023 saat 12:40-a təyin edilib.
Elnarə Bəkirovanın atası Kamran Bəkirov aprelin 6-da Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiş bağlarında qətlə yetirilib. Onun meyiti quyuda tapılıb.