Salyan şosesinin “Lökbatan dairəsi” adlanan hissəsində təmir işləri aparılır.
Bakuplus.az Yerüstü Nəqliyyat Agentliyinə istinadən xəbər verir ki, köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınır, zəruri yerlərdə mövcud piyada səkiləri bərpa olunur, kənarlarına yeni səki daşları düzülür, həm yolun hərəkət hissəsinə, həm də piyada səkilərinin üzərinə yeni asfalt-beton örtüyü döşənir.
Təmir-bərpa işləri ilə əlaqədar ərazidə hərəkət qismən və ya tam məhdudlaşdırılır.
Sürücülərdən diqqətli olmaları xahiş olunur.