Lüksemburqun Avropa Parlamenti Katibliyinin girişinin qarşısında Qarabağda Azərbaycanın suverenliyinin tam bərpasına dəstək aksiyası başlayır. Bu haqda bu gün, 23 sentyabr tarixində Bakuplus.az AZfront-a istinadən məlumat verir.
Askiya AZfront-un avropalı fəalları tərəfindən təşkil olunub.
Nümayişçilər əllərində AZfront-un emblemləri və ingilis və fransız dillərində “Qarabağ Azərbaycandır!”, “Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisidir!”, “Azərbaycan da Ukrayna kimi separatizmlə mübarizə aparır!”, “Ukraynada separatizm, Azərbaycanda separatizm - eyni bəladır!” şüarları yazılmış plakatlar tuturlar.