Piyada ölümündə təqsirli bilinən qadın sürücü bəraət alıb. Bu haqda bu gün, 13 iyun tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.
Ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmaqda təqsirləndirilən Pərixanım Nəsrəddinovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. P. Nəsrəddinovanın əməlində cinayət tərkibi olmadığı üçün ona bəraət verilib.
Hadisənin videogörüntüləri əsasında məlum olub ki, yol-nəqliyyat hadisəsi zamanı sürücünün hadisənin qarşısını almağa texniki imkanı olmayıb. Eyni zamanda ərazidə hər hansı piyada zolağı da müəyyən edilməyib.