Ələt-Astara yoluna hərəkətə məhdudiyyət qoyulacaq.
Avtomobil Yolları Dövlət Agentliyi xəbər verir ki, ağırçəkili nəqliyyat vasitələrinin çəki və kütlə parametrlərini ölçən texniki vasitələrin quraşdırılması ilə əlaqədar avtomobillərin hərəkətinə qismən məhdudiyyət qoyulacaq.
Ələt-Astara-İranla dövlət sərhədi avtomobil yolunun 11,3-cü kilometrində (Xıdırlı ərazisi) elektron tərəzi sistemlərinin quraşdırılması səbəbindən 6 sentyabr tarixindən etibarən təqribən 2 ay müddətində nəqliyyat vasitələrinin hərəkəti 500 m məsafədə kənardankeçmə yolu ilə təşkil ediləcək.