Bakıdan Laçına daha bir qrup ailə köçürülüb. Bu haqda bu gün, 30 oktyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Bakı və Sumqayıt şəhərlərindən 16 ailə, yəni 59 nəfər Laçına yola düşüb. Məcburi köçkünlər “Qobu Park 3” yaşayış kompleksidən yola salınıblar. Bundan əlavə, Beyləqan və Şamaxıdan da 4 ailə - 11 nəfər yola düşüb.
Beləliklə Laçın şəhərinə cəmi 315 ailə (1205 nəfər) köçürülüb.