Laçına ailələrin köçürülməsi davam edir. Bu haqda bu gün, 16 oktyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən Laçın şəhərinə daha 25 ailə – 96 nəfər məcburi köçkün yola salınıb. Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar.
Bununla da Laçın şəhərində 272 ailə, yəni 1052 nəfərin daimi məskunlaşması təmin edilib.
[caption id="attachment_116582" align="alignnone" width="640"]
Foto Report.az[/caption]