Laçın şəhərinə növbəti köç karvanı yola düşüb.
APA xəbər verir ki, Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.
Bu mərhələdə Laçın şəhərinə daha 18 ailə - 59 nəfər köçürülüb.İndiyədək Laçın şəhərində 570 ailənin, yəni 2090 nəfərin daimi məskunlaşması təmin edilib.