MİDA evlərinə yaxın ərazidəki həyət evlərində ilanlar peyda olub. Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Sakinlər bu vəziyyətdən narahat olduqlarını dilə gətirib. Lakin, "MİDA Sakinləri" instaqram səhifəsində bu sürünənlərin "Zeytun ilanı" olduğu qeyd olunub, bildirilib ki, zəhərli deyil, narahatlığa isə heç bir əsas yoxdur:
"Ərazidə belə ilanların mövcudluğu qeyri-adi deyil. Əksinə, bu ilanlar ekosistem üçün faydalıdır, çünki onlar zərərverici həşəratlarla, tarakanlarla və digər kiçik heyvanlarla qidalanır, bununla da təbiətin tarazlığını qoruyurlar"- deyə, səhifədə qeyd olunub.