Bakı Enerji Həftəsinin açılışı baş tutur. Bu haqda bu gün, 4 iyun tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Bakı Enerji Həftəsi çərçivəsində 29-cu Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi (“Caspian Oil&Gas”) və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisinin (“Caspian Power”) açılış mərasimi başlayıb. Mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edir.
Bakı Enerji Həfyəsi 4-6 iyun tarixlərində keçiriləcək.