Prezident və birinci xanım Nəbatat bağını ziyarət ediblər. Bu haqda bu gün, 12 iyul tarixində Bakuplus.az Prezidentin rəsmi saytına istinadən xəbər verir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda Mərkəzi Nəbatat Bağını ziyarət ediblər. Onlar ərazidə aparılan abadlıq, yenidənqurma və tikinti işlərinin gedişi ilə tanış olublar.