Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollegiyasının tərkibi dəyişib.
Report xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Dəyişikliklə ekologiya və təbii sərvətlər nazirinin birinci müavini vəzifəsi təsis olunub.
Hazırda ekologiya və təbii sərvətlər nazirinin 4 müavini var.
Bundan əlavə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısında dəyişiklik edilib.
“Təhlükəli Tullantılar” Məhdud Məsuliyyətli Cəmiyyətinin adı “Tullantıları İdarəetmə Mərkəzi” olaraq müəyyən edilib.