Xalq artisti Əlibaba Məmmədov vəfat edib. Bu haqda bu gün, 26 fevral tarixində Bakuplus.az Mədəniyyət Nazirliyinə istinadən xəbər verir.
Prezident təqaüdçüsü, “Şöhrət”, “İstiqlal”, “Şərəf” ordenli sənətkar Bülbül adına Orta İxtisas Musiqi Məktəbində pedaqoji fəaliyyət göstərib.
Onun böyük məharətlə ifa etdiyi “Rast”, “Bayatı-Şiraz” dəstgahları, “Dəşti”, “Rəhab” kiçik həcmli muğamları, xalq və bəstəkar mahnıları Azərbaycanın qızıl fondunda qorunub saxlanılır.
Əlibaba Məmmədov 5 fevral 1930-cu ildə Bakı şəhərində anadan olmuşdur.