Bakıda pandusu açmayan avtobus sürücüsü cəzalandırılıb. Bu haqda bu gün, 15 may tarixində Bakuplus.az Avtosfer.az-a istinadən xəbər verir.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məsələ ilə bağlı bildirilib ki, həmin sürücü işdən azad olunub:
“Fiziki məhdudiyyətli şəxsin müntəzəm avtobus marşrutuna minməsinə şərait yaradılmaması ilə əlaqədar AYNA tərəfindən daşıyıcıya xəbərdarlıq edilib. Həmçinin sürücülərin sərnişindaşıma qaydalarına riayət etmələri və avtobuslarda pandusların işlək vəziyyətdə olması ilə bağlı növbəti dəfə tapşırıq verilib. Nöqsanlara yol verən sürücü isə işdən azad edilib”, – deyə qurum qeyd edib.
[video width="576" height="1280" mp4="https://bakuplus.az/storage/photos/2024/05/img_1129.mp4"][/video]