top
Liseyin təhlükəsizlik sistemi zəifdir - Övladı İdrakda təhsil alan əməkdar artist
06 fevral 2026, 15:20
- ↺ +

"Liseyin təhlükəsizlik sistemi zəifdir" - Övladı "İdrak"da təhsil alan əməkdar artist

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Xəbər verdiyimiz kimi, bu gün paytaxtın Binəqədi rayonunda yerləşən "İdrak" liseyində 10-cu sinif şagirdi müəllimini güllələyib.

Övladı sözügedən məktəbdə təhsil alan əməkdar artist Aqşin Abdullayev hadisə ilə bağlı azxeber.com-a danışıb.

Sənətçi bildirib ki, əvvəlcə yayılan xəbərlərin şayiə olduğunu düşünüb, lakin sonradan eşitdikləri onu ciddi şəkildə narahat edib: "Mənim qızım həmin məktəbdə 5-ci sinifdə oxuyur. Səhər kiçik qızım məni yuxudan oyadaraq sosial şəbəkələrdə yayılan xəbərləri göstərdi. Təcili məktəbə getdim. Məktəbə daxil olanda direktorla rastlaşdım və o, mənə narahat olmağa əsas olmadığını, yayılan xəbərlərin şayiə olduğunu dedi. Daha sonra mühafizəçi ilə danışdım, o da hadisəni təkzib etdi. Ardınca bir müəllimlə söhbət etdim və hadisənin təfərrüatlarını öyrəndim. Müəllim təsdiqlədi ki, şagird tənəffüs zamanı özü ilə gətirdiyi silahla müəlliminə atəş açıb. Xoşbəxtlikdən övladım bu hadisənin şahidi olmayıb".

Əməkdar artist qeyd edib ki, uşaqlarda bu kimi psixoloji halların yaranmasında internet oyunlarının da rolu ola bilər: "Mən başa düşə bilmirəm ki, uşaqlarda bu psixologiya haradan yaranır? Onlar buna necə cürət edirlər? Ola bilsin ki, oynadıqları oyunların təsiri var. Bu cür hadisələr artıq bütün dünyada baş verirsə, demək ki, təhlükəli bir mərhələyə çatmışıq. Düşünmürəm ki, şagird bunu müəlliminə qarşı şəxsi ədavətə görə edib".

Sənətçi hadisədə adı hallanan məktəbin təhlükəsizlik sistemi ilə bağlı da fikirlərini bölüşüb: "Mən belə qənaətə gəlmişəm ki, məktəbin təhlükəsizlik sistemi zəifdir. Orada mühafizə var, amma biz uşağı qapıdan məktəbə ötürürük və yenə qapıdan götürürük. Valideynlərin içəri daxil olmasına icazə verilmir. Deməli, sadəcə mühafizə kifayət deyil, daha ciddi turniket və yoxlama sistemləri qurulmalıdır. Heç bir uşaq çantasında silahla rahat şəkildə məktəbə daxil olmamalıdır. Əgər daxil ola bilibsə, demək ki, təhlükəsizlik zəifdir".

Əməkdar artist məktəblə bağlı yekun qərarını hələ vermədiyini də bildirib: "Övladımın bu məktəbdə təhsilini davam etdirib-etdirməyəcəyimə hələ qərar verməmişəm. Problem ondadır ki, demək olar, heç bir məktəbdə yüksək səviyyəli təhlükəsizlik tədbirləri yoxdur. Başqa harada oxudaq? Yekunda lisey rəhbərliyinin valideynlərə hansı açıqlama verəcəyini gözləyəcəyik".

Son xəbərlər

Aktual Xəbərlər
Bu gün, 00:45

Vurulan gəmidə sağ qalan azərbaycanlıların - Fotosu

Xəbər
Dünən, 23:10

Bakıda 3 restoran bağlandı

Xəbər
Dünən, 20:04

Oktyabr ayı üzrə ödənişlər başa çatıb

Siyasət
Dünən, 19:06

XİN: "Gəmidəki vətəndaşımızın hamısı xilas edilib"

Xəbər
Dünən, 18:20

Bakıda kişi tanıdığı şəxsin 30 manatlıq telefonunu götürüb qaçdı

Xəbər
Dünən, 17:43

Azərbaycan alimləri Beynəlxalq elmi qurumda rəhbər vəzifələrə seçildilər

Xəbər
Dünən, 16:37

Keçmiş arvadının fotosuna söyüş yazıb "TikTok"da paylaşdı, həbs olundu

Xəbər
Dünən, 15:00

Qaradağ RİH-in sabiq müavini 8 gün sonra azadlığa çıxacaq

Xəbər
Dünən, 14:45

Bakıda kişi şalvarını ütüləməyən arvadını döydü

Xəbər
Dünən, 13:54

Ölümünü yuxusunda görən sənətkar...

Xəbər
Dünən, 12:14

Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib

Xəbər
Dünən, 11:07

"İçərişəhər"-"Həzi Aslanov" metro xəttində birbaşa hərəkət bərpa olunur

Xəbər
Dünən, 10:31

Arsen Venger U-15 dünya çempionatı üçün Bakıya gəlib

Xəbər
22 oktyabr 2026, 17:52

Yeni Ramanada avtomobillər məhəlləni magistrala çeviriblər - VİDEO

Xəbər
22 oktyabr 2026, 16:47

Azərbaycanlı iş adamı keçmiş arvadını həbs etdirmişdi - qərar ləğv olundu

Xəbər
22 oktyabr 2026, 15:02

Motosiklet qaçıran, skuter və velosiped oğurlayan beş nəfər saxlanılıb

Xəbər
22 oktyabr 2026, 14:14

Buzovna qəsəbəsindəki xəstəxanada rentgen kabineti fəaliyyət göstərmir?

Xəbər
22 oktyabr 2026, 13:40

Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?

Xəbər
22 oktyabr 2026, 13:08

"Peyğəmbərəm" deyib qətl törədən "sayt redaktoru"nun atası ilə bağlı QƏRAR

Siyasət
22 oktyabr 2026, 12:20

Prezidentin Xankəndi, Ağdərə və Xocalıda xüsusi nümayəndəsi vəzifəsindən azad edilib

Xəbər
22 oktyabr 2026, 11:12

Azərbaycanlıların xaricə səfərləri azalıb

Xəbər
22 oktyabr 2026, 10:31

BİR MİLYON manatı "Topaz"da UDUZDU, məhkəməlik oldu

Xəbər
22 oktyabr 2026, 09:24

Bakının iki rayonunda işıq olmayacaq

Xəbər
22 oktyabr 2026, 08:54

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Oxşar xəbərlər