Azərbaycanda elektronika və məişət texnikası ilə məşğul olan “Maxi.az” satış şəbəkəsi bazarı tərk edir. Bu haqda bu gün, 12 iyul tarixində Bakuplus.az Olke.az-a istinadən məlumat verir.
Verilən məlumata görə, müxtəlif ünvanlarda yerləşən filiallar ləğv olunur. Hazırda fəaliyyət göstərən filialların isə bu ayın sonuna kimi işləyəcəyi bildirilir.
“Maxi.az” şirkəti “İntegral Plus” mağazalar şəbəkəsinin əsasında 2006-cı ildə qurulub. Şirkət ölkənin ən böyük elektronika və məişət texnikasının distribütorlarından biridir.