Bakıda və respublikada silahların təhvil verilməsi davam edir. Bu haqda bu gün, 25 may tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
24 may tarixində polis əməkdaşları paytaxtda və ölkənin müxtəlif rayonlarında 1 tapança, 1 qumbara və 4 tüfəng təhvil götürüblər.
Qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirlər bundan sonra da davam edəcək.