Paytaxt və Respublika ərazisində silahların təhvil verilməsi davam edir. Bu haqda bu gün, 16 avqust tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Avqustun 15-də polis əməkdaşları Bakıda və ölkənin müxtəlif rayonlarında 1 tapança, 7 tüfəng, 3 qumbara, 2 alışdırıcı və 30 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.
Qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirlər bundan sonra da davam edəcək.