Uzun müddət ərzində avtomobil dayanacağı kimi istifadə olunan Nizami Ədəbiyyat Müzeyinin qarşısındakı meydança artıq nəqliyyat vasitələri üçün bağlanıb. Bu haqda bu gün, 7 oktyabr tarixində Bakuplus.az İnsan yönümlü şəhərlər Facebook səhifəsinə istinadən məlumat verir.
Ərazi çiçək dibçəkləri ilə hərəkət zolağından ayrılıb. Hazırda bu məkan yalnız piyadalar üçün nəzərdə tutulub.
Müvafiq təkliflərlə şəhərin ictimai fəalları müvafiq qurumlara dəfələrlə müraciət ediblər.