“SpaceX” və “Tesla” şirkətlərinin təsisçisi öz “X” hesabında Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresində kosmos sahəsində əldə etdiyi nailiyyətlərə görə Beynəlxalq Astronavtika Federasiyasının Ümumdünya Kosmik Mükafatına layiq görülməsi ilə bağlı məqalə paylaşıb.
Onun “X”dəki paylaşımı 3675 şərh, 12,2 min paylaşım, 92,4 min bəyənmə və 15,2 milyon tvit baxışı alıb.
İlon Mask oktyabrın 5-də Bakı vaxtı ilə saat 17:45-18:45-də Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə onlayn çıxış edib. O, səhifəsinin yuxarı hissəsinə “Bakıda 60 dəqiqə” çıxışını “bərkidib”. “Azərkosmos” loqosu ilə olan bu tvit 37 milyondan çox baxış toplayıb.
[caption id="attachment_115684" align="alignnone" width="640"]
Foto açıq mənbədən[/caption]