Yerüstü Nəqliyyat Agentlyin “London” taksiləri ilə bağlı açıqlama verib. Bu haqda bu gün, 1 avqust tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Qurum son günlər sosial mediada "London" taksilərinin kütləvi şəkildə istismardan çıxarılması ilə bağlı yayılan fikirlərə münasibət bildirib.
“LEVC TX4” London taksilərinin əksəriyyətinin istismar müddəti başa çatıb. İstismar müddəti başa çatan avtomobillərlə bağlı qanunvericiliyin tələblərinə əsasən, tədbir görüləcək. İstismar müddəti bitməyən, bərpası mümkün olan və mövcud tələblərə cavab verən nəqliyyat vasitələri isə mərhələli şəkildə təmir olunaraq xəttə buraxılır", – deyə açıqlamada qeyd olunub.