Bakıda "Badımcan taksi"lərlə bağlı açıqlama verilib. Bu haqda bu gün, 9 iyul tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
"Badımcan taksi" və ya "Bakı kebləri" kimi tanınan London taksilərinin sahibsiz qaldığı məkanla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.
Yerüstü Nəqliyyat Agentliyindən məsələ ilə bağlı bildirilib ki, istismar müddəti bitməyən, bərpası mümkün olan və mövcud tələblərə uyğun olan nəqliyyat vasitələri mərhələli şəkildə təmir olunaraq xəttə buraxılır.