Gənc Tamaşaçılar Teatrına yeni baş rejissor təyin olunub. Bu haqda 14 mart tarixində Bakı Şəhər Mədəniyyət Baş İdarəsi məlumat verib.
Mədəniyyət naziri Anar Kərimovun əmrinə əsasən, teatr və kino rejissoru, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə vəzifəsindən azad edilərək Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru vəzifəsinə təyin olunub.
Mehriban Ələkbərzadə 2017-ci ildən Azərbaycan Dövlət YUĞ Teatrında baş rejissor kimi fəaliyyət göstərirdi.