Mədəniyyət Nazirliyinə şöbə müdiri təyin edilib. Bu haqda bu gün, 14 mart tarixində Oxu.az məlumat verib.
Verilən məlumata görə, mədəniyyət nazirinin birinci müavini, nazir səlahiyyətlərini icra edən Adil Kərimli bununla bağlı əmr imzalayıb.
Aynur Kərimova Mədəniyyət Nazirliyinin Media və Kommunikasiya şöbəsinə müdir təyin olunub.
Kərimova Bakı Dövlət Universitetində (BDU) jurnalistika ixtisası üzrə bakalavr və magistr təhsili alıb. Daha sonra o, BDU-nun Televiziya və radio jurnalistikası kafedrasının müdiri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Sosial-analitik araşdırmalar departamentinin rəhbəri, “Barama Media”nın icraçı direktoru, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində Mətbuatla iş şöbəsinin müdiri kimi fəaliyyət göstərib.