Mədəniyyət Nazirliyinin sabiq şöbə müdirinin həbs müddəti uzadılıb. Bu haqda bu gün, 27 fevral tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Nazirliyin Təchizat və əmlak şöbəsinin sabiq müdiri İlkin Nəsibov barəsində verilən həbsin müddəti daha 4 ay uzadılıb. Onun barəsində araşdırmalar davam edir.
1 noyabr 2022-ci il tarixində Dövlət Təhlükəsizlik Xidməti Mədəniyyət Nazirliyində əməliyyat keçirmişdir. Nəticədə 12 nəfər saxlanılmışdır.