Mədəniyyət və İncəsənət Universitetinin 100 yaşı tamam olur. Bu haqda bu gün, 6 iyul tarixində Bakuplus.az Prezidentin rəsmi səhifəsinə istinadən xəbər verir.
Prezident İlham Əliyev Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb. Yubiley ilə bağlı Elm və Təhsil Nazirliyinə tapşırıqlar verilib.
“Bakı Teatr Məktəbinin bazasında təşkil olunmuş Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ölkənin zəngin ənənələrə malik ali təhsil müəssisələrindəndir. Universitetin yetirmələri hazırda respublikamızda və onun hüdudlarından kənarda müvəffəqiyyətlə çalışırlar”, - deyə Sərəncamda qeyd olunub.