Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Suraxanı rayonu, Hövsan qəsəbəsində yeni sosial mənzillərin tikintisinə başlayır. Bu haqda bu gün, 9 iyul tarixində Bakuplus.az məlumat verir.
Yeni yaşayış kompleksi 5,83 ha torpaq sahəsində inşa olunacaq. Bu, Hövsan qəsəbəsində MİDA-nın üçüncü kompleksi olacaq.
Bununla yanaşı, daha bir tikinti işləri Saray qəsəbəsində nəzərdə tutulub.