MİDA-nın tabeliyində olan mənzillərin ədalətli, şəffaf və bərabər satışını təmin etmək məqsədilə Yasamal yaşayış kompleksinin 2-ci mərhələsində 442 mənzilin seçimi təkrarlanacaq. Bu haqda bu gün, 8 iyul tarixində APA Dövlət Təhlükəsizliyi Xidmətinə istinadən məlumat verib.
Mənzil seçimi prosesinin yenidən təşkili ilə bağlı ictimaiyyətə məlumat veriləcəyi bildirilib.
“Güzəştli mənzil” sistemi vasitəsilə 30.03.2022-ci il tarixdə keçirilmiş mənzil seçimi mərhələsinin nəticələri ləğv edilib.
Daha öncə, Yasamal Yaşayış Kompleksində güzəştli evlərin 5 saniyəyə satılması barədə cinayət işi açılmışdır. Məsələ ilə əlaqədar 6 nəfər saxlanılmışdır.