“Ermənistan mətbuatında guya Silahlı Qüvvələrimizin Ağdərədə yaşayış məntəqəsini atəşə tutması barədə yayılan məlumatların heç bir real əsası yoxdur, tamamilə yalandır”, – Müdafiə Nazirliyindən bu gün, 20 sentyabr tarixində bildirilib.
Nazirlikdən qeyd edilib ki, qurum qarşı tərəfin yaydığı növbəti dezinformasiya xarakterli məlumatı qəti surətdə təkzib edir.