Müdafiə Nazirliyi açıqlama verib. Bu haqda bu gün, 21 sentyabr tarixində Bakuplus.az Nazirliyə istinadən xəbər verir.
Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin Zod istiqamətində yerləşən mövqelərinin atəşə tutulması barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
“Bu ölkənin müdafiə nazirliyinin yaydığı məlumat tamamilə yalandır. Yayılan bu məlumatı qəti surətdə təkzib edirik”,- deyə açıqlamada bildirilib.