“Ermənistanın bəzi sosial media hesablarında guya Silahlı Qüvvələrimiz tərəfindən təcili tibbi yardım maşınına atəş açılması barədə yayılan məlumatlar tamamilə yalandır”, – bunu Azərbaycanın Müdafiə Nazirliyinin (MN) mətbuat xidməti bildirib.
"Beynəlxalq ictimaiyyətdə yanlış fikir formalaşdırmaq məqsədilə yayılan bu məlumatı qəti surətdə təkzib edirik", – hərbi qurum diqqətə çatdırıb.