Ermənistanın bəzi sosial media hesablarında guya Silahlı Qüvvələrimiz tərəfindən yenidən Xankəndi şəhərinə atəş açılması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir və dezinformasiya məqsədi daşıyır. Bu haqda Bakuplus.az Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətinə istinadən bu gün, 20 sentyabr tarixində məlumat verir.
"Yayılan bu məlumatı qəti surətdə təkzib edirik.
Bir daha bildiririk ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bölmələri yalnız legitim hərbi obyektləri və hərbi infrastrukturu yüksək dəqiqliyə malik silahlarla hədəfə alır və sıradan çıxarır", – MN-dən vurğulanıb.