Müdafiə Nazirliyinin daha bir vəzifəli şəxsi həbs edilib.
Report xəbər verir ki, "Bakı Korpusu"nun yanacaq xidmətinin rəisi, polkovnik Rüstəm Məmmədli Hərbi Prokurorluğun İstintaq İdarəsi tərəfindən təqsirləndirilən şəxs qismində cəlb edilib.
Belə ki o, texnikalar üçün nəzərdə tutulan yanacağı satmaqda ittiham olunur. İş üzrə zərərin 100.000 AZN-dən çox olduğu qeyd edilir.