Müdafiə Nazirliyinin generalı vəzifəsindən azad olunub. Bu haqda bu gün, 29 may tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Müdafiə Nazirliyinin Tibb İdarəsinin rəisi tibb xidməti general-mayoru Firuddin Nəbiyev ehtiyata buraxılıb. O, xidmətdə son yaş həddinə çatdığına görə istefaya göndərilib.
Müdafiə Nazirliyinin Tibb İdarəsinin rəisi vəzifəsi idarə rəisinin müavini polkovnik-leytenant Anar İsmayılova həvalə olunub.