Müdafiə Nazirliyində yeni təyinat olub.
Report xəbər verir ki, general-mayor Eldəniz Yəhyayev Müdafiə Nazirliyinin (MN) Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifəsinə təyinat alıb.
Eldəniz Telman oğlu Yəhyayevə 2022-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə general-mayor hərbi rütbəsi verilib. O, daha əvvəl nazirliyin Maddi-Texniki Təminat Baş İdarəsi Arxa Cəbhə İdarəsinin Ərzaq Xidməti rəisi vəzifəsində çalışıb.
[caption id="attachment_149384" align="alignnone" width="300"]
Foto açıq mənbədən[/caption]