Bu gün, 20 sentyabr tarixində Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətinin rəisi Anar Eyvazov Qarabağdakı antiterror tədbirləri ilə bağlı keçirilən brifinq keçirib. Bu haqda bu gün, 20 sentyabr tarixində Bakuplus.az məlumat verir.
Brifinq zamanı əsas məqamlara toxunulub:
- Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri davam edir;
- Ermənistan silahlı qüvvələrinin birləşmələrinə məxsus minaatan mərmisi ilə dolu 6 ədəd “Ural” markalı hərbi avtomobil və 4 ədəd minaatan Silahlı Qüvvələrimizin bölmələri tərəfindən qənimət olaraq ələ keçirilib;
- Mövcud şərait bölmələrimizin nəzarəti altındadır. İctimaiyyətə bundan sonra da mütəmadi olaraq əlavə məlumat veriləcək;
- Ermənistan beynəlxalq ictimaiyyətdə çaşqınlıq yaratmaq məqsədilə dezinformasiyalar yayır;
- MN bir daha Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələrini silahı yerə qoymağa və təslim olmağa çağırır.
Link:
https://www.youtube.com/watch?v=eelc-bWNB6U