Müdafiə Nazirliyinin sabiq vəzifəli şəxsi həbs edilib. Bu haqda bu gün, 4 may tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Müdafiə Nazirliyinin müxtəlif hərbi hissələrində maliyyə xidmətinin rəisi vəzifəsində işləmiş Elvin Cəfərov həbs edilib. O, 143 milyonluq mənimsəmə üzrə cinayət işində təqsirli bilinib. Onun tərəfindən dövlətə vurulmuş ziyan 2 milyon 200 min manat məbləğində hesablanıb.
Məhkəmənin qərarı ilə Elvin Cəfərov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Elvin Cəfərov ötən ilin dekabrında Müdafiə Nazirliyində 143 milyon manatlıq mənimsəmə ilə bağlı məhkəmə prosesində şahid qismində dindirilmişdi.