Hacı Şahin Həsənlinin 40 mərasimindən sonra Məşədi Dadaş məscidinə din xadimi təyin olunacaq. Bu haqda bu gün, 6 aprel tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının sözlərinə görə, Hacı Şahin Həsənlinin vəfatından sonra məsciddə dini ayinləri, Cümə namazlarını İlahiyyat İnstitutunun tələbəsi Elmir Vəliyev icra edir.
“Biz bunu Məşədi Dadaş məscidinin icması ilə də müzakirə etmişik. Hacı Şahinin 40 mərasimindən sonra məscidə din xadimləri təyin olunacaqlar”, - deyə o əlavə edib.