Hacı Şahin vəfat edəndən sonra Məşədi Dadaş məscidində Cümə namazına onun yerinə Hacı Elbrus Kərimov gələcək. Bu haqda bu gün, 10 mart tarixində Bakuplus.az Hacı Şahin Həsənlinin Facebook səhifəsinə istinadən məlumat verir.
Elbrus Kərimov Hacı Şahinin tələbəsi idi. O, bundan öncə də Hacı Şahin səfərlərdə olan vaxt onu əvəz edib.
Martın 2-də 48 yaşlı ilahiyyatçı səhər saatlarında Yasamal rayonunda yerləşən evində dünyasını dəyişib. Onun ürəktutmadan öldüyü bildirilir.