Sabah, iyulun 19-da Məhərrəm ayı başlayır. Bu barədə məlumatı bu gün, 18 iyul tarixində Bakuplus.az Qafqaz Müsəlmanları İdarəsinə istinadən verir.
Belə ki, hicri qəməri təqvimi ilə iyulun 19-da 1444-cü il başa çatır və 1445-ci il başlayır. Aşura günü Məhərrəm ayının 10-cu günü, yəni iyulun 28-dədir.
Məhərrəm ayı avqustun 17-də bitir, Səfər ayı isə avqustun 18-də başlayıb sentyabrın 16-da bitir.