Ölkədə Məhərrəm ayının başlanacağı tarix açıqlanıb. Bu haqda bu gün, 7 may tarixində Bakuplus.az Qafqaz Müsəlmanları İdarəsinə istinadən məlumat verir.
Bu il Məhərrəm ayı iyulun 7-dən başlayacaq. Aşura günü isə Məhərrəm ayının 10-cu günü, yəni iyulun 16-na təsadüf edir. Bununla bağlı Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının fətvası olacaq.
Məhərrəmlik ayından sonra gələn Səfər ayının başlanğıcı avqustun 7-nə təsadüf edəcək. İmam Hüseynin vəfatının 40-cı günü isə avqustun 24-ə düşür.