Yasamal Rayon Məhkəməsində vəkil Firdovsə Baxşəliyevaya hökm oxunub. Bu haqda bu gün, 26 iyul tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən məlumat verir.
Vəkil “Təhqir” maddəsi ilə təqsirli bilinib. O, 1000 manat cərimə olunub.
Bildirilib ki, bir müddət əvvəl müvəkkilinin Yasamal rayon məhkəməsində yerləşən mülki işində vəkil qismində iştirak edən Baxşəliyeva qarşı tərəflə (müvəkkilinin əri E.Ağayevlə) mübahisə edib. Həmin vaxt vəkil məhkəmə zalında bu adama “ailəsindən, arvadından bixəbər” kimi sözlər deyib, həm də onun üstünə tüpürüb.
Məhkəmədə Baxşəliyeva E.Ağayevin üstünə tüpürmədiyini deyib. O, həmçinin “ailəsindən, arvadından bixəbər” sözünü təhqir mənasında işlətmədiyini bildirib.
Məhkəmə zalında çəkilmiş şəkillər dəlil kimi qiymətləndirilib və orada təhqirlərin edildiyi sübut olunmuş hesab olunub.