Bakıda xalası oğlunu qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm oxunub.
APA xəbər verir ki, məhkəmənin hökmü ilə Y. İsmayılov 17 il azadlıqdan məhrum edilib.
Hadisə cari ilin yanvar ayında baş verib. 31 yaşlı Yusif İsmayılov Səbail rayonu, Salyan şosesi 15 ünvanında xalası oğlu Etibar Fətəliyevi bıçaqla öldürüb.