Aşıq Muşqulat polis idarəsində işə başlayıb. Bu haqda bu gün, 27 fevral tarixində Bakuplus.az Avtosfer.az-a istinadən xəbər verir.
Xalq arasında “Aşıq Muşqulat” kimi tanınan Elnur Mahmudov Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Hərəkətin Təşkili Şöbəsinə təyinat alıb. O, təbliğat işlərinə cəlb olunub, müxtəlif təbliğat xarakterli tədbirlərdə iştirak edir.
Aşıq Muşqulat məzəli mahnıları ilə məşhurdur. O, ən çox “Fırlanem Başına” mahnısı ilə tanınır.
[video width="1080" height="1080" mp4="https://bakuplus.az/storage/photos/2023/02/yt1s.com-asiq-musqulat-divir-firlanem-basina-elnur-mahmudov-cingiz-mut-llimov_1080p1.mp4"][/video]