Tanınmış aktyorlar Murad İsmayıl və Ülviyyə Xəlilbəyova ayrılıb. Bu haqda bu gün, 24 iyun tarixində Bakuplus.az xəbər verir.
Bu barədə xanım sənətçi öz İnstagram hesabında paylaşım edib:
“Mən və həyat yoldaşım heç bir zaman ailəmizlə gündəmdə qalmaq istəməmişik. Müəyyən səbəblər üzündən, istəməsək də, belə alındı. 6 il ərzində bu ailəni qorumaq üçün, uşaqlarımız üçün çox çabaladıq. Amma bəzən olmur. Hər iki tərəfin razılığı və qərarı ilə övladlarımızın sağlam psixologiyası üçün münasibətimizi sonlandırdıq. Qərarımıza hörmətlə yanaşan hər kəsə təşəkkürlər!”
Cütlüyün 2 övladı var.